Saqif Qaratorpaq : - Dəniz servdası

Hara çəkir məni dəniz sevdası,
Sonu bumu görən eşqdə batmağın?
Zalım,dəniz gözlərini görəndən
Tərgitmişəm uzun-uzun yatmağı.
Bir demirsən,hara üzür bu gəmi?
Yoxmu barı yelkən olmaq istəyin?!
Çözələsən bir ömür də qurtarmaz
Bir ucundan incikliyin,gileyin...
Neçə vaxtdı əllərindi limanı,
Indi üzüb,axı,harda dayansın?
Yoluna çıx,qoy azmasın dumanda,
Yaman düşür ayağının sayası.
Hara gedir,yox özündən xəbəri,
Eşidərsən,bir gün batıb sularda...
Ömrüboyu üşüyəcək bir şəkil
Neyləsən də qəlbindəki divarda...
Külək əsir...tufan gəlmir eyninə,
Qaçıb gözdən,öz içinə yığışıb.
Üzüb gələr yenə həmən sahilə,
Axıb gəlsə gözlərinin işığı.