Şakir Xanhüseyn - Mən bəzən...
Ədəbiyyat
18:34 / 08.09.2025
Baxış sayı: 2569
***
Mən
bəzən
şeirlərimdə
bəzi sözlərin
lap aydınca səsləndiklərini,
ah çəkdiklərini,
sevindiklərini,
üzüldüklərini,
hətta qorxduqlarını,
onların
sanki mənə həyəcanla baxdıqlarını
hiss edirəm...