Şakir Xanhüseyn - evin içində...
Ədəbiyyat
13:35 / 08.02.2026
Baxış sayı: 1683
evin içində
səni içəridə tutacaq nəsə olmalı,
elə çöldə də.
üşüyür əlin, ayağın,
içərindən isinmədinsə heç;
hökmən öz içindəki odu qarışdırmalı,
külü yaymalı,
ustufca qoymalı
közü köz üstə...
özünlə iç-içəliyin
içəcəyin
andın,
görəcəyin
işin müqəddəsliyi;
səni özünə
daha çox yaxınlaşdırar, bağlar,
səni daha çox özün edər,
düşünsən əgər...