Sabir Zəkullaoğlu : - Sevgi mənzərəsi

YAZARLAR 20:44 / 26.05.2023 Baxış sayı: 2006

Adam sevginin ilk vaxtlarında bir-birinn sözünü kəsmir. Hər kəlmə başı, üzr istəyirəm, bağışlayın və ilaxır. və sair...

Hətta bəzən heç sözə də ehtiyac qalmır ki, hələ bir onun sözünü də kəsəsən. Eləcə saatlarla göz-gözə baxıb bütün ruhunu onun gözündəki sevgidə yuyundurursan...

Bir an belə gözünu onun gözündən çəkmək istəmirsən..

Ancaq bütün xoş şeylər kimi bunun da bir bitən vaxtı olur..

Bu son zəngi doymaq hissi çalır.

Ən pis hiss doymaq hissidir.

Elə ki, doydun, hər şey bitir...

Bir biriylə bir addımlıqda olduqları halda qışqıra-qışqıra danışırsan..

Ele bil ki, aranızda neçə dağ var, səsin gedib çatmayacaq.

Hərçəndi ki, dag da olsa səs gedib çatacaq, çünki, dağlar özü də səs ötürücüdür.

Sadəcə olaraq sizin ruhunuz artıq bir bir-birunizdən min kilometrlərlə uzaqlaşıb.

Bayaqdan pıçıltıyla danışırdın...

İndi isə qışqırsan da bir-birini eşitmirsən ..

Bax o sevgi deyilən nəsnə nədirsə, onun haqqında belə danışırlar...

 

 

Məlahət Fərəcova  ·