Sabir Zəkullaoğlu : Liderlər doğulur.
Səbrsizlik ağılla vəhdət təşkil etməlidir..
Qarşısındakı insanın hansı vəziyyətdə olduğunu dəqiqliklə bilməyib, onun haqqında səhv düşünmək və səbrsizlikdən son sözünü əvvəldən deyib bütün münasibətləri korlamaq hər halda ağıllı adamın ata biləcəyi bir addım deyil..
İlah da bu insan sənə yaxın ola. İllərin sınağından keçmiş ola..
Sonradan həqiqəti bilib peşiman olmağın da heç bir faydası olmur..
Hətta qarşı tərəf səni bağışlasa belə, münasibətlər əvvəlki müstəvidə, o təravətdə olmur.
Nə qədər özünə təsəlli versən də ki, adam yaxşı adamdır, sadəcə səbirsizdir. Yenə də olmur.
Özü yaxşı adamdır, xasiyyəti pisdir deyə bir şey yoxdur. İnsanın xasiyyəti elə onun özüdür..
Xasiyyət də xarakterdə insana doğuluşdan verilir. Genetikdir. Fundamentaldır. İlahidən gəlir, o ya var ya da yoxdur..
Sadəcə olaraq, mühit insanda olan xüsusiyyətləri cilalayır.
İnsanın xeyr işlər görmək kimi bir xoş məramı varsa, şərait onu üzə çıxarır..
Və ya əksinə.
Liderlər doğulur.
Seçilmir.
Müəyyən ekstrimal vəziyyət yarananda bir də görürsən ki, artıq lider var və öndədir..
Onu cəmiyyət seçmir. Əksinə o cəmiyyəti öz arxasıyca aparır..
Bütün insani keyfiyyətlər cətin şəraitdə üzə çıxır. Satqınlıq və fərarilikdən tutmuş qəhrəmanlığa qədər.
Mübariz İbrahimov insan ağlına sığmayan bir qəhrəmanlığa imza atdı.
Bunu ona heç kim məcbur etməmişdi.
Bu tarixin ədalətsiz hökmünə üsyan edən, canında, qanında vətənpərvərlik sevgisi daşıyan, fitrətində qəhrəmanlıq toxumu olan, vətənpərvər bir azərbaycan oğlunun atdığı addım idi.