Sabir Zəkullaoğlu : - Günün reallığı

YAZARLAR 21:13 / 26.05.2023 Baxış sayı: 1251

Demokratiya, insan haqları və bu kimi dəyərlər böyük güclər üçün üçüncü, bəlkə də dördüncü dərəcəli məsələlərdir. Təbii ki, o da onların öz dövlət maraqları tam şəkildə təmin olunduqdan sonra...

Növbəti mərhələdə din faktorunu da mütləq nəzərə alırlar.

Konkret bizim bölgəyə münasibətə gələndə, bu bölgədə, bu coğrafiyada türk millətindən başqa bütün millətlərə üstünlük verirlər..

Təki, türklər birləşməsin. 

Bölgədə nüfuz sahibi, fars, rus, erməni, gürcü olsun, təki türk olmasın.

Türk deyərkən, bu söhbətdə mən Anadolu türklərindən yox, Cənubi Qafqaz və indiki İran ərazisində, yəni Cənubi Azərbaycanda yaşayan türkləri nəzərdə tuturam.

Budur, bölgədən Rus çıxmamış ABŞ, Avropa birliyi cütlüyü bu bölgəyə gəlməyə hazırlaşır. Bu coğrafiyada hər şeyi nəzarətə götürməyi planlaşdırır...

Həm də erməniyə dəstək olaraq gəlir. 

Təxminən 100 il əvvəlki mənzərədir.

Anadolu türklərinin Qafqaza təsir imkanlarını sıfra endirmək, onlara da bekar qalmasınlar deyə bir Yunanıstan oyunu vermək, özləri isə yenə Azərbaycan neftini daşıyıb aparsınlar, ancaq dəstəyi yenə də ermənilərə versinlər..

Hətta görsələr ki, Azərbaycan dirəniş göstərə bilir, o halda təkrar Rusiyayla birləşib, ruslara təklif verib, bölgəni yenidən rusların tam nəzarətinə verərlər, nəinki bizim inkişafımıza imkan vermək istəməzlər..

Bir az pessimist oldu, ancaq bu günün reallığıdır...