Ramiz Qusarçaylı : - TUT
Bu tut yenə tutmadı,
Tutun tutması tutub.
Ta bu tutdan tut olmaz,
Çətin...
tutması tutub.
Çatı çəpdi calağın,
Gözü dolub dolağın,
Altındakı alağın,
Otun tutması tutub.
Səslə bağban Təhməzi,-
Bir də xar tut əkməsin,
Dadı qaçıb bəhməzin,-
mətin,
tutması tutub.
Bu tut yenə tutmadı,
Tutun tutması tutub...