Payız tətilinin vaxtı bilindi

MƏMLƏKƏT 09:26 / 14.11.2025 Baxış sayı: 2150

Artıq  məlumdur ki, noyabrın 17-dən  ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.

 

Yenises.az  bildirir ki, payız tətili 17-21 noyabr tarixlərini əhatə edəcək. Bu  da   məlumdur ki, 22-23 noyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün dərslər 24 noyabr tarixindən başlayacaq.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.