Pakistandan Azərbaycana Zəfər Günü jesti... - VİDEO

SİYASƏT 21:03 / 06.11.2025 Baxış sayı: 1218

Pakistanın paytaxtı İslamabadda müxtəlif binalar 8 Noyabr – Zəfər günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Yenises.az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov öz “X” hesabında paylaşım edib.

İslabaddakı binalar, o cümlədən Pakistan Baş Nazirinin Ofisi, Parlament və Ali Məhkəmə, Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.