ÖZÜNDƏKİ BAŞQASI ÖZÜN - yazdı KƏRAMƏT

YAZARLAR 07:31 / 28.05.2024 Baxış sayı: 1712

ÖZÜNDƏKİ BAŞQASI ÖZÜN,

ÜSTÜNLÜK VƏ NİTSŞENİN "ÜSTİNSAN" FƏLSƏFƏSİ ÇÖKMÜŞDÜR

..dördayaqlı, ikiayaqlı, qoşa qanadlı olsun , hamı özünümüdafiədədi. Təbi yaranış halı...Bu yaranış-ilkin, mağara, qəbiə halından çıxıb yeni fazaya yüksəlib insan. Mənim nəzərəmcə, heyvanlar da, ətrafda nə varsa, yeni mərhələyə qədəm qoyub: müxtəlif adlandırmalar var.

Topluluqlar, Vətən adlandırılan coğrafi ərazilər öz çərçivəsindən çoxdan çıxıb: İstər insan hüquqları, Qadın haqları, Azlıqlar, Çevrə-Təbiət, Heyvan haqlarııı olsuz. Bizim istəyib-istəməməyimizlə bağlı deyil. Bəsit bir misal deyim...indi Fələstin qətliamı davam edir...Fələstini dövlət kimi SKANDİNAVİYA ölkələri tanıdı, ABŞ, Avropada gənclərin, tələbələrin etiraz aksiyaları davam edir..amma müsəlman ölkələrində nə görürük..ağzı köpüklənən liderlər, etiraz aksiyalarına icazə verilmir. Tipik örnək: İsraillə ticarət əlaqəsini dünən kəsdi Türkiyə hökuməti, seçkilərdə uduzduqdan sonra, Fələstin mitinqlərini zorakılıqla dağıtdı.

Amma gələn düşüncə-duyğu dalğasının qarşısı alınamaz, biraz burcuda, ləngidə bilərsən...bu qədər...

BU HAQSIZLIĞA, ZÜLMƏ QARŞI OLUŞAN, GƏLİŞMƏKDƏ OLAN DİRƏNİŞDİ Kİ, BÜTÜN İNSANLIĞIN MƏSƏLƏSİDİ. DÜNYANIN HƏR BİR GUŞƏSİNDƏ BAŞVERƏN HADİSƏ ÇOĞRAFİ MƏKANDAN ÇIXMIŞ, ÜMUMDUYĞU, ÜMUM DÜŞÜNCƏ HALINA GƏLMİŞDİR VƏ YA GƏLMƏKDƏDİR.

Bizdən sonrakı nəslin fikir, bilim daşıyıcısı generator gəncliyi ÖZÜNDƏN BAŞQA BİRİNƏ DUYARLIDI, NƏİNKİ ÖZÜNƏ.

Biz özümüzdən başqa kimsəni tanımırıq və haqqını da savunmuruq, heç öz haqqımızı da. Belə düşüncə dalğasından, zaman qatından aşağıda qalmaq fərdə də, topluma da çürümə gətirir.

Bədi düşüncədə də yeni dəyişimlər var dünyada, bizdə də təbliğ olunmayan bir neçə gənc var...işartılarını görürəm.

BƏDİYYAT BİR MOVZUNU-OBYEKTİ YENİ BƏZƏTMƏLƏRLƏ SÜSLƏMƏK ANLAYIŞINDAN, YANAŞMASINDAN ÇOXDAN QURTULUB, TƏFƏKKÜR TƏRZİNİN, HƏYATABAXIŞIN, DÜNYAGÖRÜŞÜN ÖZÜ DƏYİŞDİYİNDƏN BU YENİ İNSAN ÖZÜ BİR OBRAZDIR?-

Necəliyi? İsə..çoxsəsli, çoxrənglidi...burda cinsi ayrılıq, rəng-irq-milli-dini əkslij yox, bir heyvanla eyni taleyi yaşamışlıq var, bir parçası olmaq var hər şeyin, "ÜST" yox...yəni, yeri gəlmişkən deyim ki, Nitsşenin "ÜSTİNSAN" FƏLSƏFƏSİ VAXTI İLƏ AKTUAL GÖRÜNSƏ DƏ ARTIQ ÖZ İŞLƏKLİYİNİ İTİRƏRƏK ARXAİKLƏŞMİŞDİR. MƏN DEYİRƏM İLK OLARAQ HA..RİSQ DEYİL, GERÇƏKLİK.

İNDİKİ ADAM ÖZÜNÜN İÇİNDƏKİ BAŞQASININ HAQQINI ÖZÜNDƏN ÖNCƏ GÖRÜR VƏ BELƏ HƏYAT TƏRZİYLƏ QARŞIMIZA ÇIXIR.

Düşüncəyə, bədi dalğalara sərhəd qoya bilməzsən, ölkələrarası sərhədlər götürülürkən, hörmətli zadın başı (səni orda ədəbiyyatı zibilqabına çevirməkçin tutublar), ...TƏBİƏTLƏ, HƏR BƏŞƏR ÖVLADIYLA, EVRƏNLƏ, KEÇMİŞ-GƏLƏCƏK ÜSTÜ ZAMANDADI İNDİKİ ZAMANIMIZ...

...yormadım ki, səni?