Əşrəf Veysəllidən İKİ ŞEİR

KÖNLÜMÜN
Dərələrim boyananda @gümüşə
Mayıl olan çağlarıydı könlümün.
Bap balaca təbəssümə, gülüşə
Qail olan çağlarıydı könlümün.
Gündüzlərin görkəmindən bay olan,
Gecələrin yaxasında ay olan,
Şeir olan, sovqat olan , pay olan
Xeyir olan çağlarıydı könlümün.
Eıim köç- köç yaylaqlardan enəndə
Yuyunardın dan üzünün çənində.
Diz çökərdim hər çiçəyin önündə,
Şair olan çağlarıydı könlümün.
15 fevral, 2025- cı ol.
***
Gözlərim gözəllik gəzər dünyada,
Dizlərim diz çökər daşda çeşməyə.
Mənim vaxtım olmaz
gözəl dünyada
Pis şeylər haqqında fikirləşməyə.
Bir yerdə dayanıb durarmı zaman,
Təkrarı olarmı bu şən günlərin?
Ömür ağacının budaqlarından
Gündə bir yarpağı düşən günlərin.
Ötən gün qızıldır, qızıl,- deyirsən,
Buna inanardım dostum, əgər sən
Yüz-yüz qızıl töküb, ötən günlərin
Tək bircə anını qaytara bilsən!