Kəramət : - SÖZÜ ÜTÜLƏMƏ,  ÖZÜNÜ BÜTƏ ÇEVİRMƏ

YAZARLAR 08:40 / 04.03.2024 Baxış sayı: 2168

 

".. ve kimseyi mutlu olmaya zorlayamazsın"

SÖZÜ ÜTÜLƏMƏ,  ÖZÜNÜ BÜTƏ ÇEVİRMƏ

Şairləri bütləşdirmək, doğru deyil. Ümumiyyətlə kimisə, nəyisə müqəddəsləşdirmək həyata, insan xislətinə tərsdir...kimisə də yaşam tərzinə görə ittiham etmək də. Öz həyatısa, yamsılamır, bir sözlə, adam kimi adamdı, xarakteri belədi, ən pis xarakter xaraktersizlikdən, özünü hesablamaqdan yaxşıdı. Bu KİŞİNİN yaradıcılığıyla 15 il qabaq tanış oldum, həyatıyla da və oxuya-oxuya öz=özümə, ona gülürdüm və bu xoş bir gülüşdü.

Bizdə YAZIÇI OBRAZI, təqribən belədi.;

Ya əli çənəsində, güya dərin-dərin fikirlərə qərq olub.

Ya, əlində mikrofon

Ya tribunada, əli havada rəqs edir

Ya mənsəb sahibinin yanında

Stalinin trubkası, ya ucuz siqaretin burulğanında

Ya da fotoqrafın "Gülümsəyin , çəkirəm" təsiri altda..

.....heç özümüz olan şəklimiz varmı? Məncə, yox kimi.

O, vaxtında bir "Küçə şairi", yəni sarayların, rəsmilərin ideoloji qafiyəpərdazı deyil.

Əslində, məncə, həyatıyla-yaradıcılığıyla da şairlərin sarayların ideloji təlxəyi olmasına üsyan edirdi...necə ki, indilər, heç bir normal şair- yazıçı rəsmilərin, hakim ideologiyanın doğrultusu istiqamətində yazmır, daha doğrusu, yaza bilmir...kiməsə, uyğun gəlməyə bilər, amma, O, kiminsə yaşaya bilmədiyi həyatı yaşadı, heç bir şairin üzə bilmədiyi bədi sularda üzdü.

"GECƏLƏR EŞQDƏN DƏLİ TƏNHALARIN, ŞAİRLƏRİN VƏ QƏHBƏLƏRİNDİ,"-davam edirəm ki, oğruların, bir də özünü özündən oğruyanlarındı.

Əlbəttə, bizim "ədəbi mentalitetə " uyğun deyil, o səbəbdən ki, bizim yazdıqlarımızla yaşadığımız həyat arasında bir ömür məsafə var....İndi paltarları ütüləmirlər,

bizlər isə həyatımızı, sözümüzü ütüləyirik, üzünü-gözünü səliqəyə salıb çıxarırıq tribunaya.

.".. ve kimseyi mutlu olmaya zorlayamazsın" ...Ç. Bukovski deyir ki, nəin ki, başqasını, heç özün də özünü xoşbəxt etməyə çalışma, sadəcə xoşbəxt ol, öz üzərində əməliyyat aparma, mən belə anladım, bəs siz nə anladınız?

Bu Kün "Yazıçı Günü"...yazıçı yazıçı həyatı yaşayır.

Yazıçı, sadəcə, YAZIÇI olmalıdı, şətlər nə olur, olsun..yoxsa, hər şeyə əsaslı bəhanələr var.

"YAZIÇI OBRAZI" , baxışı -çoxluğun problemi var...şair xalqın normal şeiri belə azdan da azdı...

Özünə-sözünə hörmət edən hər kəsə təbriklər.