Kəramət : - RUHUMU YOLA SALDIM

YAZARLAR, Gündəm 11:04 / 30.01.2023 Baxış sayı: 1982

RUHUMU YOLA SALDIM

Qoruya bilmirəm,gücüm çatmır səni qorumağa.Get,mənsiz get,qoy Səni yola salım, sonra gələrəm.Sözüm Sözdü,bilirsən,vaxt məsafəsi olar sözümün əmələ keçirilməsinə.And içməmişəm heç nəyə görə,amma hökmən gələcəyəm.Adamların üzünə baxa bilmirəm,bu qədər ölü ruhlar içində necə qoruyum səni,Pozitiv olmaqdan da yorulmuşam,gecə reysinə bilet almışAM, gedək səni yola salım,dipdiri,sapsağlam,qoy səndən arxayın olum,heç olmasa.

Ruhuma and olsun ki, gələcəyəm,Ruhum!