Kəramət : - RAMİZ HÜMMƏTOV VƏ BAŞQALARI

YAZARLAR 12:34 / 25.04.2024 Baxış sayı: 1185

 

Ramizin ehsanını-qonaqlığını verəcəm gələn həftə axırı, 10 nəfər düşünürəm...mən dosta sədaqətli olan son adamam, yəqin ki...

"Volçıy-vorot" məzarlığına getdim, dostumun qəbrini tapa bilmədim, müdiriyyət də...

Qəbirqazanla söhbət etdim, "NEÇƏYƏ QAZIRSAN BİR QƏBRİ? ÖZÜN ÜÇÜN QƏBİR QAZMAQ KEÇİBMİ HEÇ KÖNLÜNDƏN?"

Dayandı, alnının tərini sildi və güldü...

-Mənim Vidadi Məmmədov adlı dostum vardı, onu gəzirəm...

-Üç badə var qəbrin üstündə, onu arayırsan, yəqin, axmağın birii

-Axmaq olduğumu bilirəm e..o qəbri göstər...

Qəbirqazanla Rəhmətliyin ruhuna içdik və bu qəbirqazan mənə öz qəbir yerini göstərdi, torpaq buğlanırdı..

Hə, gələn həftə 10 nəfərlik ehsan verəcəm

RAMİZ ,HÜMMƏTOV,..nə əvvəlkilərə, nə də sonrakılara aid deyilik....

Belə, məncə, rahatladın, rahat uyu...