Kəramət : - PIÇILTIDAN O YANA

Ədəbiyyat 13:47 / 27.05.2023 Baxış sayı: 706

 

 

Əbülfət Mədətoğluna

 

 

Sükutla pıçıltı arasında

xəzəl dolu xışıltılı kücədə

yopyorğun addımlarla

hara gedirsən belə?

 

bir kölgə, bir ruh kimi

gecənin ləpədöyənində

vaxtın nimdaş paltarı əynində

neçə pud dərd asılıb

göz qapaqlarının çiynindən

salam veriləsi əl qaldımı, de görüm.

 

de görüm, gediləsi yol qaldımı,

sükütla pıçıltı arasındakı dünya sakini

oralarda nə var-nə yox.

bütün arzuların sürət qatarına

gecikməkmi bu

isdivaya çəkilməkmi bu?