Kəramət :  - Özünəbənzərləri    sevmək

YAZARLAR 09:10 / 11.11.2024 Baxış sayı: 1103

 

və  sevginin içindəki nifrət

...biz kim sevirik? Bizə oxşayanları, bizim kimi danışanları, gülüb-ağlayanları, geyinənləri...bir də heç nə ifadə etməyən hoqqabazları, ruhi xəstələri, fırıldıqçıları, bizdən daha çox -amma bizim kimi düşünən-duyğulanan umiminin bir parçası olanları. İSGƏNDƏRİ ONA GÖRƏ SEVİRİK Kİ, AYAMASI "KEFLİ"Dİ.

Böyük İsgəndəri də ona görə sevirik ki, ondan qorxuruq, sevg-nifrətə çevrilir ona görə bir anda, fürsət düşüncə qəzəb qılıncımızı qınından çıxarıb Sezarın Brustuna çevrilirik.

Qorxudan, həsəddən yaranan "sevgilərin" nifrətə çevrilməsi..ani bir situasiyadan asılıdır. Baxın özünüzə, özünüzə baxmaqdan qorxursunuzsa, ətrafınıza baxın.

Biz kimi sevmirik? Bizim kimi OLMAYANLARI.

Tarixən qəbilənin-mağaranın-tayfanın qanunlarına əməl etməyənləri qovduq.

ƏSLİNDƏ, MAĞARADAN İRƏLİ GETMƏMİŞİK. Bizim kimi geyinməyənləri , özündən əmin-arxayın küçədə yeriyən kişi-qadınlara nifrət edirik, qovuruq onları; Onlar bizə əzilmiş qürurumuzu, azadlığımızı, alçaq və şərəfsiz olduğumuzu , ÖZ ola bilməməyimizi xatırladır.-YErişiylə-duruşuyla, geyimiylə, üzündəki ifadəylə, VARLIĞIYLA..

Müdhiş bir köləlik tərk etmir bizi.

Nəhayət...bizim kimi Şeir yazmayanları, Şərqi oxumayanları, düşünməyənləri, Yaşamayanları, Hamıdan biri olmayanları...belə baxanda , umumcəmiyyət-mağara qanunları yanaşmasıyla, nəin ki, başadüşülən-normaldır, hələ zaman-məkanla həyatda qalmağın həyati əhəmiyyli vazkeçilməzidir də.

Uyğun gəlmirsən standartlara, bənzəmirsən bu çağa kimi bənzərlərə.

ONA GÖRƏ DƏ HEÇ NƏYƏ TƏƏCCÜBLƏNMƏ, BİL Kİ, BELƏ OLMALIDI...MƏSƏLƏ FƏRQLİ DÜŞÜNÜR-YAZIRSANSA BU YOLUN TƏNALIĞINI DA, SEVGİSİZLİYİNİ DƏ, NİFRƏT YAĞIŞINI DA, İZTİRABLARINI DA QƏBUL ETMƏLİSƏN.

Q ü R u R l U yaşamaq ...tənhalığın səadətini intixab etməyini istər, HƏM DƏ.