Kəramət : - ...İZMLƏRİN SONU
" URRA !" VAXTINDAN
SÖZÜN URA VAXTINA
Hamı biilr ki, (hamının boynuna qoyuram, heç də hamı bilmir) bütün İZM- lər cəmiyyətin, toplumun dəyişimə hamilə qaldığı sancılardan yaranır. Dinlərin , hətta bir az da irəli getsək, insanın yaranışımdan tutmuş içtimai-siyasi formasiyalara, fəlsəfənin-sənətin-elmin yenilikləri, "ist-izm" lərinə qədər. Bunun adına "inkişaf", "dağılma"..nə deyirsizsə deyin... bəşər, bütüövlükdə kainat bu dəyişimdə, hərəkətdə VARdır, bu prosesdən kənarda YOXdur., Amerika-zad kəşf eləmirəm ki..
Bilmirəm, kimdə necədi, özünüifadə edərkəm kimə, nəyə, gözəgörünməz qüvvəyəmi üz tutur, ya xalqa, bir fərdə...
Monoloq tribunallıq pafos tələb edir, həmişə qarşısında xəyali çoxluq var. Diktotirialdı, bu səbəbdən pafosun hazırkı ədəbiyyatdakı hökmranlığına qarşıyam. Pafoslu şair totolitarizmə xidmət edir, heç zaman pıçıltıyla danışa bilmir, sevgilisiylə belə. Pafos sosialist realizmində parlaq dövrünü yaşamış, nodernizmə keçiddəki tör-töküntüləri totolitar ölkələrin bədii (siyasi) təfəkküründə qalmış, siyasət tərəfindən istifadə olunmuş, bəslənmişdir. Leninin Movzoleydə saxlanması kimi bir şey.
Nodernizmdə dioloq var; təklərə, fərdlərə müraciət, onların cəmiyyətdən ayrı düşmüş talelərinə bədi projektorların yönəlməsi. Bu dəfə düşüncənin qarşısında kütlə-xalq-çoxluq yoxdur, BİR var, kütlənin diqqətindən uzun müddət yayınmış fərd.
Gəlib çıxdıqmı möıhtərəm, mübahisəli Postmodernizmə? İzaha möhtac, izahı izahsız, özü öz içində qatqarışıq hadisəyə..hətta bu qatqarışıqlığı yaradıb atır meydana , deyir ki, buyur çöz. "Necə?"sini də özün tap, ya tapma..Əvvəlki İZM-İSTlərdən ona görə asanlıqla danışır, təsbitlərə varırıq ki, keçilmiş mərhələdir və insan keçmişini dəyərləndirməkdə heç bir maneəylə qarşılaşmır. Yaşadığı prosesi dəyərləndirərkən çətinlik çəkir, təkcə özünə yox, əsasən də, başqalarına. Post modernizmdə qarşı tərəf yoxdur; tarixi mətnlər, zaman anlayışı qaldırılır, təqdim olunan mətnin sahibi qeybə çəkilir, onu ələ alan hər kəs qədər yozuma açıq, hətta qaldığı yerdən davam da var. Harda yarandığı bilinmədiyi kimi harda bitdiyi də bilinmir..mübahisəyə açıqdı mənim görüb dərk etməyə çalışdığım. Postmodern haqqındakı ünlü nəzəriyyələrə uyğun gəlməz.
Məncə və bir də məncə dioloqlu insandan özüylə danışan insana keçid obrazı bədi təfəkkürü, yanaşmanı şəkilləndirdi. Bir də, məncə, özü öz içində parçalanmış, dağılmış insan özündə belə üz tutulası yer tapmır. Kim necə, nə şəkildə görür..öz işidi, mənim oxumam bu..hələlik burda kiçik fasilə verib qayıdıram sözümüzün davamına, ilişib qalmaq fikrim yoxdur bu söhbətə.
İZM-lərin sonu dünyanın sonu deyil, yeni arayışlara da qapılar açır..
URRA dövrü bitib. Yaşlılar bilər, xatırlayar.. taxıl zəmisində biçindən sonra ura vaxtı başlardı, biçində düşüb qalanları yığmağa, "başşaq" yığmaq da vardı. Elə bil zəminin-cəmiyyətin də o dövrünü-ura vaxtını yaşayırıq...biraz duyğulandım...görüşürüz