Kəramət : - HƏYAT= ÖLÜM(SƏ)

YAZARLAR 08:48 / 02.03.2024 Baxış sayı: 1061

son XATİRƏ DƏ xatirəyə dönəndə

HƏYAT= ÖLÜM(SƏ)

...ÖLÜMÜN BU QƏDƏR UCUZLAŞMASI, HƏYATA YAXINLAŞMASI, ARALARında məsafənin götürülməsi, yaşamın mənasızlaşması, ucuzlaşmasıyla bağlıdı.

Ölmədən də ölür adam. İndilər hamı üçün keçərli.

Uyuq-müqəvva kimidi hamı; məmuru da, işsizi də, axı, məmur da işsiz kimi bir şeydi, işindən zövq almır, biyara gedirmişcəsinə.

Ömür də...omür də...hərdən özümdən də deyim;

--Bir aldandın, sev...bir də sev

ürəyimiz tapdaq yeri.

Tanrım sevgi yaradıb ki,

Darıxnasın bəndələri.

Get, duz yükü daşımağa

gəzən, gülən adalarıq.

Biz bir yerdə yaşamağa

MƏHKUM OLAN ADAMLARIQ.

....əvvəllər hamı mərkəzə yığılırdı, topalanırdı, çoxdan, lap çoxdan mərkəzdənqaçma başladı, hər şey parçalandıqca parçalandı. İnsanlararası münasibətlər qırıldı, toplumu bir yerdə tutan dəyərlər sistemi, əxlaqi öncəliklər, axırda da HÜQUQ, QANUN BÜTÜN DÜNYADA YERLƏ SÜRÜNÜR.

Qazanılmış adət-ənənə, əxlaqi dəyərlər toplumu, adamı ayaqda tutur; bu səbəbdən bu yazılmamış sistem dağıdılır öncə, çünki qanunla əxlaq eyni addımlamayanda topallıq yaranır.

A. Eynşteynin sözüdümü: "Ənənəni (öyrəşdirilmiş-qazanılmış) dağıtmaq atomu parçalamaqdan çətindi."

Kənddən şəhərə qaçıb kənd həsrətli saxta şeirlər yazdıq, indi tərsinə köç başlayıb-İstanbulu 2 milyona yaxın adam tərk edib kəndlərə köçüb. O da var ki, gənclər yaşanabilir ölkələrə köçür, necə deyərlər; Babulları-çamadanları hazır.

Sorğu keçirilib TC-də...hər beş gəncdən dördü Avropaya köçmək üçün məqam axtarır. Bizdə necə olar görəsən?

Daha kənd həsrətli, Vətən həsrətli şeirlər də yazılmır...

Fəxri Xiyaban, t/v-lər cazibədarlığını itirib, hələ bəzi verilişlərdə, qəzet-jurnalda görünmək ayıbına gəlir, xəcalətlidi. Hələ belə şeylər alverə yarasa da..HƏLƏ.

Yəqin ki, bizlər XATİRƏSİ OLAN dünyanın son adamlarıyıq.