Kəramət : - HƏMİŞƏ HAQLI OLMAQLA....

YAZARLAR 08:14 / 15.06.2024 Baxış sayı: 1321

 

HƏMİŞƏ HAQSIZ OLMAQ...

...belə olmur, necə deyərlər, əşyanın təbiətinə, həyatın yaranış-gedişinə ziddir.

Hər iki halda tıxanmışlıq, özü-özünü bitirmək sonucu alınır; Ozü-Özünə əksliklərin vəhdətiylə bərqərar olur Varlıq.

Həmişə Haqlılıq arxayınlaşan qorxu, yalqızlıq bəsləyir bətnində, nə etsən haqlısan, Qorxu bunu sənə təlqin edir və o gözlükdən baxanda haq verməmək belə mümkünsüz hala gəlir...Və cəlladlığına, yalaqalığına, yetimin evini əlindən almağına belə özünə görə haqlı gərəkçələrin var; adamçın da, imrerator, hakimlərçin də eynən.

Heç "Cinayət və Cəza"nı oxuyarkən Roskolnikovu qınadınızmı, əksinə haqq qazandırdıq. Bu, bir ayrıntı istəyən söhbətdi.

Özün özünlə üz-üzə qalmaq mərtəbəsi İNSANA yaraşandı; Necə ki, iqtidarlar hesabat verməyi ərdəm sayarlar..adam da öz-özünə hesabat versin gərək. Dediyim kimi, HƏMİŞƏ HAQSIZLIQ DA, HƏMİŞƏ HAQLILIQ DA hər sahədə, özün-özündəki MÜTLƏQliyi qorumaqla məhvə aparır. İmperiyalar ən MÜTLƏQ-Güc sərxoşluğunda dağılır, fərdlər də, sahələr də elə...

Başqa sözlə, özün-özünü təzələməkçin alternativlər yaratmalısan və..,əslində, həyatda var, biz görməzdən gəlirik...

Ətrafı görmədikcə və yaxud dar bir mağara düşüncəsiylə, eynitipli adam-divarlarla əhatə olunub özümüzü bloklayırıq.....

Dünya səni sevənlərdən ibarət bir amorf, yekrəng bir dəhliz-ömür yolu deyil ki...

Dəlixanada hamı özünü Maradona (,,,,TANRININ ƏLİ...filminə işarə) saydığı kimi bizim məhlədə-ədəbiyyatda da hamı özünü dahi sayır...

Düzünü deyim ki, özümü qınayıram hərdən ki, kimə nə danışırsan, "Düzələn deyil"....usandılar, usanırıq da....bütün bunlara rəğmən israrla və inadla fikrimizi ifadə etməliyik.

Toplumların da, fərdlərin də təkamül prosesləri var, qət etdiyi yol qədərdi boyu-buxunu (gəlişmiklik anlamında).

Sokrata baldırğan zəhəri içirənlər, C. Brunonu yandıranlar kütlə nadanlığını adladı, anladı, sonra isə nəinki, öz ölkələrindəki Adam-Od daşıyıcılarına qucaq açdılar, dünyanın harasında başı tərpənən-perespektivi olan varsa, ÇAĞIRDI, cazibə mərkəzinə çevrildi...nə yazıq ki, müsəlman ölkələrində harda başı tərpənən, hətta normal düşüncə sahibi, özünü gəlişdirən varsa, başından basdıq, elə mühit yaratdıq ki, NORMALa belə təhəmmülümüz yoxdu.

O qədər ləyaqətsizi başa çəkdik, imkanlar tanıdıq, reklam etdik ki, sonrakı nəsil nümunə olaraq aldı və hər kənddə, şəhərdə nümunə alınan heç zibilin zibili deyil, hər mənada, hər sahədə....

Neyləmək?

Məncə, həyat belədir,-deyib durmaq yox.

Heç qiymət-dəyər gözləmək də lazım deyil.

Mən Qarabağın alınmasını MİLLİ QÜRUR məsələsi sayıram, icazəli siyahılarda olmasam da, Ədəbiyyatı baş tacı ona saymıram, uca tutmuram ki, alvrçi dıl-dılqır ev-orden almağı ədəbiyyat sayır...MƏNSƏB, ŞÖHRƏT MEŞŞANLIĞIYLA özüncə, meydan sulayır, və s.

ƏDALƏTİ ÖZÜMƏ GÖRƏ İSTƏMİRƏM, ƏDALƏTİN içində olmağı tərcih edərdim, lap elə uzaqdan baxıb sevinməyi bacaran KİŞİYƏM.