İran Naxçıvan aeroportuna dron zərbəsi ENDİRDİ - YENİLƏNİB + VİDEO

Gündəm 13:04 / 05.03.2026 Baxış sayı: 143

Xəbər verdiyimiz kimi, İran Naxçıvana dronla zərbələr endirib.

Yenises.az xəbər verir ki, dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb.

Bir dron isə Naxçıvan şəhərində məktəbin yaxınlığına təsadüf edib.

Qeyd edək ki, münaqişə başlayandan bəri Azərbaycan İranla qonşuluq siyasətinə sadiq qalıb, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Abbas Əraqçıya zəng edərək, Azərbaycan ərazisindən heç bir qonşu və dost dövlətə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dediyi fikirləri bir daha xatırladıb.

Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali rəhbəri Xameneinin öldürülməsi ilə bağlı bu ölkəyə başsağlığı verən nadir dünya liderlərindən biri olub. Prezident İranın Azərbaycandakı səfirliyini şəxsən ziyarət edib, başsağlığı verib.

Azərbaycan İran səfirini mətbuat konfransı keçirərək ölkəsinin mövqeyini ifadə edə bildiyi azsaylı ölkələrdən olub.

Azərbaycan İranla sərhəd-keçid məntəqəsindən keçidi təmin edərək, həm İrandakı digər ölkə vətəndaşlarını, həm də İran vətəndaşlarının öz ölkələrinə keçidinə şərait yaradıb.