Kəramət : - FİLMİN SONU

Ədəbiyyat 07:22 / 23.04.2024 Baxış sayı: 954

 

Hər addımbaşına minbir badalaq

Hər adambaşına minbir dərd düşür

Beş evdən dördünə yalağa-yaltaq

Əlçatmaz zirvədə qara qurd düşür

 

Quruyur həyatın yaşıl ağacı

qayıdır arzumun qanlı köynəyi.

hamı şəhərlərdən kəndlərə qaçır

Kor olmuş bulaqlar şərqi söyləmir.

 

Antraktidada əriyir buzlar

Ya səhra, ya da ki Nuhun gəmisi...

özünü aldatma hələ sabah var

Bitir yer üzünün səsiz kinosu