Kəmalə Abiyeva - SƏNDƏN SONRA
Məndən sonra nə gələcək başına,
Məndən sonra nə olacaq, bilmirəm.
Məndən sonra kim çıxacaq qarşına
Taleyinə kim düşəcək, bilmirəm...
Mən bilməzdim sevmək belə əzabmış,
Bu sevgiyə baxtsız deyən tapıldı.
Mən bilməzdim sevmək belə günahmış
Bu sevgiyə vaxtsız deyən tapıldı.
Səndən sonra açacaqmı çiçəklər?
Səndən sonra əsəcəkmi küləklər?
Səndən sonra nə qalacaq ürəkdə?
Səndən sonra nə olacaq, bilmirəm...