İmam Cəmilli: - QƏRİB

Ədəbiyyat 12:35 / 17.09.2024 Baxış sayı: 951

 

88 yaşlı qocaman Qərib Mehtidə gördüklərimi sadə dildə qələmə almışam.

 

Qələmindən qidalanıb ruhlanan

Hər sənatkara  örnək insandı Qərib.

 Bir bağbandı  Şeyx Nizami bağında,

 Dəryalardan  böyükdü-ummandı Qərib.

 

Sözdən qala yapır, sərvət yaradır,

Əsərləri ağzımızda bal dadır,

Sadə dildə yazır, sözə, dür, qatır,

 Bulaqdı, meşədi, ormandı Qərib.

 

Qocaman yaşında yaman şirindi,

Sirdi başdan başa, ağlı, dərindi.

Bizə qismət olub o bizlərindi,

Sözə girov sözə, qurbandı Qərib.

 

Danışanda dür tökülər dilindən,

Hamı məmnun olur xoş əməlindən.

Qələm düşmür bu yaşında əlindən,

Onbeşcə yaşında oğlandı Qərib.

 

Cəmillini heyran edib söz bağı,

O xoşlamır sözdə olan yamağı.

Əskilməsin ömrü boyu xoş çağı,

Sənətə can  verən bir candı, Qərib.