İlqar Türkoğlu :Tramp bununla nə əldə edir

ABŞ-ın yeni prezidenti Trampın hayküylü bəyanatları bəzi dövlətləri qorxuya saldığı kimi, siyasi analitikləri də ruhdan salıb. Ay politoloxlar, Trampın Panama kanalına iddiası, Kanadanın Amerikanın bir ştatı olması istəyi, Qrellandiya üçün Danimarkaya təkliflər göndərməsi, qəzzalıların köçürülməsi məsələsi, bütün bunlar Rusiyaya qarşı oyunun başlanğıcıdır.
Ona qalsa, ABŞ 1946-cı ildə Qrenladiyanı almaq üçün Danimarkaya təklif göndərmişdi. Lakin həmin dövrdə, indiki kimi, Danimarka bu təklifi rədd etdi. Bəllidir ki, ABŞ Qrenlandiyanı almaqla Arktikada daha çox strateji nəzarət əldə etmək məqsədi güdür. Bu bəyanatların boş bəyanatdan, bu təkliflərin boş təkliflərdən o yana gedə bilməyəcəyi Trampın özunə də məlumdur.
Bəs Trampın bu hayküylü bəyanatları səsləndirməsinin səbəbi nədir, Tramp bununla nə əldə edir? Əvvəla, Putinə sübut etmək istəyir ki, istəsəm dediklərimi reallaşdıra bilərəm, buna da gücüm çatır. Bunu ona görə etmirəm ki, beynəlxalq ictimaiyyət və adıcəkilən dövlətlər buna qarşıdır. Bu səbəbdən də, mən güc yolunu seçmirəm, yəni beynəlxalq ictimaiyyətlə hesablaşıram. Ona görə, sən də Ukrayna torpaqlarının işğalına son qoymalısan. Əgər bunu etməsən, nəfəsin kəsilənədək sanksiyalar dayanmayacaq, ruzziyanın parçalanmasına kimi müharibə davam edəcək. Reykyavikdə Reyqaının Qarbaçovla görüşündən beş il sonra ssri-nin "razvalı" kimi, Trampla Putinin görüşündən sonra ruzziyanın parçalamasının da şahidi olacağıq. Slava Ukraine! Geroyam Slava!
