Həzi Həsənli : - Şəhid qanı

Ədəbiyyat 08:38 / 18.04.2024 Baxış sayı: 717

 

Şəhid qardaşlarım, mərd qardaşlarım,

Düşmənə göz dağı, "dərd" qardaşlarm,

Vətənim eşqinə öndə gedənlər,

Düşməni mərdliklə məğlub edənlər,

Sizin adınızla qürurlanıram,

Adınız dilimdə nəğməyə dönüb,

Nəğməmdə, sözümdə sizi anıram,

Bu an müqəddəsdir anlar içində,

Sözümdən, nəğməmdən hələ qan sızır,

Bu qan müqəddəsdir qanlar içində...

17.04.2024