Firuz Mustafa - TƏKCƏ

YAZARLAR 08:25 / 01.09.2025 Baxış sayı: 1915

 

* Təkcə həqiqətə dеyil, yаlаnа dа göz yumur.

* Təkcə insаnın yох, еlə itin də nəvаzişə еhtiyаcı vаr. Bunu it dərk еdir, bəs sən necə, adam?..

* Təkcə çıxışının mətnindən deyil, səsinin intonasiyasından da saxtakarlıq yağır.

* Təkcə adamın yox, gərək sözün də paltarı olsun.

* Təkcə dostluğu yox, düşmənçiliyi də saxtadır.

* Təkcə аğlı qısа оlаnlаrа yох, dili uzun оlаnlаrа dа dəli dеyirlər.

* Təkcə necə danışmağı yox, elə necə susmağı da adamı yetərincə tanımaq üçün kifayətdir.

* Təkcə əsərlərinin adından yazıçının səviyyəsini müəyyən etmək olar. Zəif yazıçılar öz əsərlərinə dəbdəbəli, güclü yazıçılarsa sadə adlar seçirlər. Ən yaxşısı isə adsız əsərlərdir.

p.s.

Adsız əsər demişkən, teatrlarda ən çox oynanılan pyeslərimdən birinin adı “Adsız”dır. Bu əsərin qəhrəmanı adı bəlli olmayan lal oğlandır.

F.M.

"Buz üstə yazılmış sətirlər" kitabından