Fərhad Tapdıqoğlu - " Burda çimmək qadağandır"
Uşaqlar üçün
9- cu sinfi bitirən Elnar avqust ayında rayonda əmisi gildə qonaq idi.Əmisinin iki oğlu vardı :10 yaşlı Fəxri və 8 yaşlı Famil .
Axşam çağı onlar üçlükdə kəndi gəzməyə çıxdılar.
Elnar üzgüçülük hovuzunda idmanın üzgüçülük növü ilə məşğul olduğundan ,üzgüçülüyün qan dövranını yaxşılaşdırdığından ,əzələləri möhkəmləndirdiyindən danışırdı.
Fəxri :
-- Elnar ,sən dənizdə də çimməyə gedirsən?- əmisi oğlundan soruşdu.
Elnar:
---Bir neçə dəfə atamla getmişəm.Dəniz kənarında xeyli sayda pullu plyajlar var.Ödəniş edib,daxil olur,çimirsən.Orada çimənlərə nəzarət edirlər- dənizdə çimməklərindən xeyli danışdı.
Fəxri:
--Televizorlarda tez- tez dənizdə batanlar barəsində xəbərlər verirlər.
Elnar:
-- O əsasən çimmək qadağan olan yerlərdə baş verir. Bəzi yerlərdə " burada çimmək qadağandır " yazılsa da ,çimənlər olur və suda boğulma da baş verir-dedi.
Onlar söhbət edə- edə kəndin kənarından keçən kanala yaxınlaşdılar.
Balaca Famil :
--Elnar,bəs kanalda çimmək olar? - soruşdu.
Elnar:
--Kanalda İti sürətlə axın var.Orada çimmək qətiyyən olmaz- dedi.
Fəxri :
-- Biz çimmirik.Keçən il kəndimizin uşaqlarından ikisi çimərkən boğuldu. Neçə gün axtardılar ...
Famil:
--Elnar ,mən də kanalın kənarında "Burada çimmək qadağandır " yazacam.Yəqin onda uşaqlar orada çimməzlər ,eləmi?- soruşdu.
Elnar:
--Əlbəttə,yazını görüb oxuyanlar kanalda çimməzlər. Uşaqlara təhlükəli olduğunu izah eləmək lazımdır - dedi.
Uşaqlar evə qayıtdılar .Famil atasının kiçik emalatxanasına daxil oldu...
Ertəsi gün kanalın kənarında bir neçə yerdə kiçik dirəklərdə lövhələr asılmışdı.
"Burada çimmək təhlükəlidir" ."Burada çimmək qadağandır"
Balaca Familin atası ilə birlikdə hazırladığı lövhələri kanalın kənarında görüb oxuyan kənd uşaqları oradan uzaqlaşırdılar.
Balaca Famil çox sevincli idi.