Əşrəf Veysəlli - NƏ QORXUSU
Kəfən rəngli saçlarımdan
Gəlsə də ölüm qoxusu,
sızlama, gözüm işığı,
Ağlama, könlüm yavrusu.
Dərdlərin dəli hücumu,
ağlar qoydu sevincimi.
Ömür adlanan köçümün
Keçmişdə qaldı çoxusu.
Dərdə könül verənlrin,
Qəm hörgüsü hörənlərin
bu dünyanı görənlərin
O dünyadan qorxusu?
1996- cı il.