Əşrəf Veysəlli - Y u x u
Görüşünə gecikdim,
Yar məni atdı. getdi.
Gözlərini ağardıb,
qaşını çatdı, getdi.
Aramızda keçilməz
sərhəd yaratdı getdi.
Baxdım ki,tək- tənhayam…
Gülçüyə saxlatdığım,
adına bağlatdığım
işdən bixəbər güllər,
qızıl güllər,tər güllər,
Ləçəyi məxmər güllər,
güllər qalıb əlimdə.
Gül bitirən bağçalar,
çöllər qalıb əlimdə.
O köhnə xatirələr
mələr qalıb əlimdə…
Açıram gözlərimi-
sanki heç nə yoxuymuş…
Cavanlıqda olanlar
qocalıqda yuxuymuş…
04.11.2025