Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT-in bütün qərarları etibarsız elan edildi

SİYASƏT 15:00 / 01.09.2025 Baxış sayı: 2144

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

Yenises.az bildirir ki, bu barədə XİN-dən məlumat  verilib.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.