Emin Piri : - BELƏ

Ədəbiyyat 11:31 / 13.07.2025 Baxış sayı: 937

BELƏ

Məndən baş çıxara bilmir

Öz doğmaca anam belə…

Sənə də qəribə gəlir?

Nə təhər insanam belə…

Vurub öldürsən də buyam

Bir az atəş , bir az suyam

Bir az da qütb soyuğuyam

Şaxta,

Sazaq ,

Donam belə!

Dönüb sənə baxır hamı

Donub…

Sənə baxır hamı

Saçlarında buz salxımı

Nə qırılam ,sınam belə.

Şəklinə səndən yaxınam

Mən öz evimi yıxanam …

Belə-belə işlər sonam

Get,

Yaxşı yol ,sonam

-…

Belə!E