Elnur Uğur Abdiyev - Utanmasan oynamağa nə var ki?

Ədəbiyyat 10:00 / 09.09.2025 Baxış sayı: 1674

Utanmasan oynamağa nə var ki?

Oyna,oyna!

Özünü o yerə qoyma.

Paslanmış dəryaz ağzıdır elə bil qələmin,

Sözləri ot yolan kimi yolur.

Bir otun taleyinə bir dəfə biçilincə,

On dəfə dəryaz ağzı görmək qismət olur.

Ey, eraların üstünü,altını gəzən,

Bəzən,

Öz içində də gəz.

Özünü yenidən kəşf elə.

Ondan sonra bacarsan

Etdiyin səhvə bir səhv də cala,

Bir də səhv elə.

Eləsən,

Bil ki şairsən,

Sonra oyna,utanma,

Sonra da

Üç nöqtə!!!

...