Elnur Uğur Abdiyev - Bu gecə səmanın...
Ədəbiyyat
08:37 / 08.09.2025
Baxış sayı: 1791
Bu gecə səmanın qaşı- qabağı,
Bizim küçəmizdə yer süpürürdü.
Buludlar axırdı lay- lay səmada,
Külək elə bil ki,şar köpürürdü.
Ay da üşüyürdü göyün qoynunda,
Tənhalıq yatmışdı köyün qoynunda,
Xəyalda sənsiz bu öyün qoynunda,
Gözüm gözlərindən şer köçürürdü.
Həsrət körpüsü min tağlı gecədə
Yerin əl- ayağı bağlı gecədə,
Bir şair sinəsi dağlı gecədə,
Göyün qulağına söz üfürürdü..