Elnur Uğur Abdiyev : - Bizdə biri vardı...
Bizdə biri vardı
Yetdiyinə daş atardı,
Yetmədiyinə söz..
Beləcə keçirərdi günlərin,
Bir gün isti,
Bir gün sərin!
Bir gün dayaza atardı əlindəki daşı,
Bir gün dərinə atardı dilindəki sözü.
Axırda özünə çevrildi daşlar.
Öləndə üstünə yığıldı...
Kimsə demədi ardınca rəhmət!
İndi bir daş ucalır məzarında,
Üstündə adı yazılsa da, hamı bir söz oxuyur:
Lənət!