Elnur Uğur Abdiyev - Bir uca çinar olasan...
Bir uca çinar olasan,
Budaqların payızda sırğalana,
Qollarında külək yırğalana.
Açasan yaxanı yağışlara,
Neçə- ňeçə qışlara
Yol verəsən sinəndən keçə
Şaxtası,sazağı.
Gözləyəsən hər qış ümidlə yazı
Qışın xətrinə dəymədən.
Lazım olsa qollarını kəsib verəsən
Yandıralar,isinələr.
Heç olmasa istinə sinələr.
Qolsuzluqdan əziyyət çəkməzlər ki,
Yolsuzluqdan büdrəyər zaman.
Belə yıxılar başlar ayaqlarından.
Bir uca çinar olasan,
Meyvən kölgən ola,
Sərinin öz ölkən ola,
Bir də,
Bir də,
Kölgəndə dincələndə,
Bir insanın dilindən dua kimi uça adın göyə,
Səmadakı ən axırıncı ulduza dəyə qayıda,
Səni səndən oyada...
Və qayıdıb
Şükr edəsən, çinar yaradıldığına,
İnsan doğulmadığına!