Əlirza HƏSRƏT:-  ŞANAPİPİK

Ədəbiyyat 16:14 / 07.11.2025 Baxış sayı: 953

 

Ötdü həftə,il,qərinə,

Qondun qonşu çəpərinə.

Ürəyim düşdü yerinə,

Səni gördüm azad,quşum.

 

Saçların şana-şanadır,

Ayrılıqdan nişanadır.

Görüm yolun hayanadır,

Qanadını uzat quşum.

 

...Şanapipik,oxu görək,

Nə baxırsan ürkək-ürkək?

...Zəfər günümüzdən gərək,

Hamı alsın ləzzət,quşum.