Ələsgər ƏLİOĞLU - BİR MƏKTUBA CAVAB

Ədəbiyyat 08:41 / 01.09.2025 Baxış sayı: 1922

 

Ağlım dönüb qayıdanda başıma,

Dedim könül bu sevdayla barışma...

Çox gec bildim...

Sən çıxanda qarşıma,

İlk baxışdan aldanmışam gözümə...

 

Hisslərim də oldu iti axan çay,

Boş-boşuna düşüb getdi arxanca...

Payız çağı çiçəklədim mən ancaq,

Öz səhvlərim durdu bir-bir üzümə.

 

İndi dərd-qəm daşıyıram şələmdə,

Qələmimdə heç qalmadı şirəm də...

Sənə olan eşqim öldü sinəmdə,

Başsağlığı verdim daha özümə...

28.12.2024