Ehtiram Ilham : - Eşqi çıxsan...

Ədəbiyyat 07:57 / 07.05.2024 Baxış sayı: 788

 

****

Eşqi çıxsan, nəyin qalar...

Daşı, sonunacan apar.

Şükür, oğlun var, qızın var,

Deynən Allah verdiyidi.

 

Quşlara verib uçmağı,

İlana qıyıb sancmağı.

Qəh-qəh çəkib ağlamağı

Hönkür-hönkür güldüyüdü.

 

Göynədikcə için-için,

Cismin mafrax, ruhun üzgün.

Canına calanan hər gün

Gözlərinin gördüyüdü.

 

Ehtiramın hayı, küyü,

Tutan ha döy yeri, göyü.

Hər bilənin bilmədiyi

Bilməyənin bildiyidi.

06.05.24.