Əbülfət Mədətoğlu: - Yarıciddi ŞEİR

Papağı günə yandırıb,
Axşamın qapısın döydüm...
Mən özümü inandırıb -
Şair olduğumu öydüm!?,
Düşündüm, sözüm diridi,
Qələmim onun piridi!
Deyəcəm, hətta, yeridi -
"Dalda" gülənləri söydüm!..
Atdım özümü hər yerə,
Dedim,"böyüklər" kaş görə...
"Şair" deyib salam verə -
Alınmadı bu öyüdüm!..
Peşə imiş "dəsmal işi"...
Bacarmır bunu hər kişi!
Seyr edib dövrü, gərdişi -
Bir az gözümdə böyüdüm!