Əbülfət Mədətoğlu : - ÜRƏYİ...

Mızıldanır öz-özünə dəli tək,
Tanıtsam da , köhnə adda , ürəyi!
Yapışıbdı bir istəkdən zəli tək -
Heç bilməzdim bu inadda, ürəyi?!
Budaqları sayıb keçib yarpağa,
Bu halına kaş ki, gəlib , yar baxa?!
Dilə tutub . haraylaya sabaha -
Ürəyinə istinadla, ürəyi!..
Yolu yorub, günü müstər eləyən,
Yanaq boyu göz yaşını selləyən...
Hər fürsətdə , dəsmal kimi yelləyən -
Bir dəli var, bil mən adda, ÜRƏYİ!