Əbülfət Mədətoğlu  : - Qısqandım

Ədəbiyyat 10:16 / 31.01.2023 Baxış sayı: 955

 

elə şirin yatmısan

yatağına qısqandım...

sığındığın hücrənə -

otağına qısqandım...

 

oxşadığın hər gülün

bir-birindən tər gülün...

yazındakı vergülün-

butağına qısqandım...

 

könlündə göyərtdiyin

məni də göynətdiyin...

üzümü öyrətdiyin -

dodağına qısqandım!