Əbülfət Mədətoğlu : - Kaş...

Sığmasam da heç bir yerə
Allahım kaş izin verə -
Dizinin üstə, bir kərə -
Bir sevgi yuxusu görəm!..
Düşüb halım daha haldan,
Günüm aşır daha yaldan!..
Qəm fərq etmir , daha, baldan -
Bir sevgi yuxusu görəm!
Ruhən gizli və tilsimdi,
Sirri yayan sarı simdi!
Vallah, sevgi də isimdi -
Kaş sevgi yuxusu görəm!..