Əbülfət Mədətoğlu: - Gəzirəm

Ədəbiyyat 09:02 / 03.03.2024 Baxış sayı: 1656

 

Mən gecədə gündüzün

damarını gəzirəm...

Kədərin köntöyünü -

hamarını gəzirəm!..

 

Dizimə dəyən daşın

Kiprikdə donan yaşın...

Hər an çatılan qaşın -

tumarını gəzirəm...

 

Yıxıldığım nöqtədə

Güldü mənə nöqtə də!

Bu ömürə diqtədə -

nübarını gəzirəm!

 

Bal yoxdu, sözün təki

Odur ki, özündəki

Gözümün gözündəki -

xumarını gəzirəm!..