ÇED (Türkiyə) Qırğızıstanda

MƏDƏNİYYƏT 17:19 / 17.03.2024 Baxış sayı: 2295

 

9-cu ULUSLARARASI (QIRĞIZISTAN) TÜRK DÜNYASI ŞEİR VƏ MUSİQİ FESTİVAL PROQRAMIMIZ.

Çukurova Ədəbiyyatçılar Dərnəyinin Qırğızıstanda təşkil etdiyi 9-cu Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalına qatılan bütün dəyərli dostlarıma göstərdikləri həssaslığa görə təşəkkür edirəm. Qırğızıstanda düzənlənəcək bu festivalda Türk Dünyasından dəyərli sənətçi və şairlərlə, ədəbi könüllülərlə bir yerdə olmanın həyəcanını bir daha yaşayacağıq. Ailəmiz hər gün böyüməyə davam edir.

Bildiyimiz kimi, bu il Çukurova Ədəbiyyatçılar Dərnəyinin (Türkiyə) təşkilatçılığında (Onursal Başqanlarımızla birlikdə) Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalı 08 iyundan 15 iyun 2024-cü il tarixlərdə qardaş Qırğızıstanda-Bişkek və İssık-Kulda düzənlənəcək. Festivalda Türkiyədən, Azərbaycandan, Qirğızıstandan, Qazaxıstandan, Özbəkistandan, Türkmənistandan, Tatarıstandan, Başqırdıstandan, Çuvaşıstan və Saxa-Yakutiyadan, eləcə də İraqdan-Ərbil və Kərkükdən gələn qardaş bə bacılarımızla yenidən birarada olacağıq. Festival iştirakçılarını tam olmasa da, təxmini proqramımız barədə bilgiləndirmək istəyirik.

PROQRAM LAYİHƏSİ:

08.06.2024

1) Saat 08.55-də Bişkek hava limanına eniş.

2) Saat 10.00-da xüsusi ayrılmış avtobuslarla hava limanından mərkəzə hərəkət.

3) Saat 11.00 da restoranda yemək.

4) Saat 12.00 da Otelə giriş və istirahət saatı.

5) Saat 18.00-dan saat 24.00-dək ləziz yeməklərlə bəzədilmiş böyük restoranda ÇED başkanı Halise Tekbaşın çıxışı ilə festivalın açılışı, Qırğızıstan üzrə ÇED onursal başkanı, Qırğızıstan Milli yazarlar Birliyinin Beynəlxalq Əlaqələr üzrə katibi Joldoşbek Monoldorovun arayıb, ərsəyə gətirdiyi "Dünya Türklərinin altın kitabı"nın və digər kitabların təqdimatı və digər təqdimatlar, Azərbaycan rəssamlarının sərgisi, müğənnilərin ifası ilə musiqili gecə.

6) Saat 24.00 da Otelə dönüş.

09 iyun 2024

1) Saat 07.00-dan, saat 09.00 kimi səhər yeməyi.

2) Saat 10.00 da Bişkek şəhərinin müxtəlif tarixi yerlərinə ekskursiya.

3) Yeməkdən sonra, axşamüstü avtobuslarımız İssık- Kula hərəkət edəcək.

4) Saat 21.00, 22.00 aralığında Oteldə yerləşmək.

10.06.2024

1) Səhər yeməyindən sonra İssık-Kul ətrafı bölgələrə gəzi turu.

2) Saat 14.00-dan saat 15.00 dək günorta yeməyi

3) Saat 15.00 dan , saat 17.00 kimi sərbəst zaman

4) Saat 17.00 dan 19.00 dək salonda şeir və musiqili proqram.

5) Saat 19.00 dan 20.00 dək axşam yeməyi.

6) Saat 20.00 dan sonra sərbəst zaman.

11.06.2024

1)Saat 07.00-09.00 dək səhər yeməyi.

2) Saat 10.00 dan gəzi turu, at yarışı, atsürmək və s.

3) Saat 14.00 dan 15.00 dək günorta yeməyi

4) Saat 15.00 dan sonra sərbəst zaman.

5) Saat 19.00 dan 20.00 dək axşam yeməyi.

6) Saat 20.00 dan 22.00 dək şeir və musiqili gecə.

12.06.2024

2) Saat 07.00- 10.00. Səhər yeməyi.

2) Saat 11.00 da tarixi yerlərə gəzi turu.

3) Saat 14.00-15.00 kimi günorta yeməyi.

4) Saat 15.00-17.00 şeir və musiqi saatı.

5) Saat 17.00 dan 19.00 dək Göl sahilində istirahət.

6) Saat 19.00 dan 20.00 dək axşam yeməyi və sərbəst zaman.

13.06.2024

1) Saat 07.00 dan saat 10.00 kimi səhər yeməyi.

2) Saat 10.30 dan saat 14.00 kimi gəzi turu.

3) Saat 14.00 dan 15.00 kimi günorta yeməyi.

4) Saat 15.00 dan saat 17.00 kimi şeir və musiqi saatı.

5) Saat 17.00 dan saat 19.00 kimi çimərlik saatı

6) Saat 19.00 da axşam yeməyi və sərbəst zaman.

14.06.2024

1) Saat 7.00 dan saat 10.00 dək səhər yeməyi.

2)Saat 11.00 dan axşam 21.00 dək dağlarda, təbiət qoynunda məclis qurulacaq, manqallarda ləziz kabab bişəcək. (piknik)

3) Saat 22.00 da Otelə dönüş.

4) Saat 24.00 da Oteldən ayrılma və hava limanına hərəkət.

6) Saat 04.30 da Dönüş.