Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
Yenises.az xəbər verir ki, Prezident İlham Əliyev "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə yeni yaradılan Dövlət Agentliyin tabeliyinə verilib.