Aysel Xanlarqizi Səfərli

Otağın dörd bir küncünə,
Boşaldırsan hey təkliyi.
Allahın gözündən uzaq,
Ölümün boz yüksəkliyi...
Qalxırsan, nəfəsi gedir.
Hər an mesaj qutusunda,
Göz yaşın bir xoş söz gəzir.
Bu necə ömürdü axı,
Gələn üzür, gedən əzir,
Hər şeydən həvəsin gedir...
Yolların canı öyrəşib,
Ağrısına hər vidanın.
Canı çıxsın darıxmağın,
Qınananda da adamın
Özündən zəhləsi gedir.
İçimdə boş bir quraqlıq,
Çölümdə leysan yağışı.
Ruhumdakı sancıların
Sabaha kədər doğuşu
Ta Allaha səsi gedir...
Yaxınkən uzaq olursan,
Adamın nəfəsi gedir...