Ayaz Arabaçı : - KEÇ

Ədəbiyyat 11:11 / 08.08.2025 Baxış sayı: 2257

Demirəm ki, vurul keç-

Demirəm ki,ölüb keç.

Özümə çox gəlirəm,

Məni bir az bölüb keç.

 

Gəlməzdi ki, ağlıma,

Dərdi basam bağrıma,

Ağrımırsan, ağrıma,

Heç olmasa gülüb keç.

 

Ağzı-burnu düşbərəm,

Bir də ələ düşmərəm,

Gör nə gözəl düşmənəm,

Bir ox kimi dəlib keç..

 

Milyon nəfər düzənlə,

Çıx bir səfər düzənlə,

Qanl zəfər düzənlə,

Məndən səlib-səlib keç..

 

Qəm libasdı küçədən,

Kirri-pasdı küçədən,

Bizim yastı küçədən,

Bircə dəfə gəlib keç...