Almatı görüşünün tarixi AÇIQLANDI

SİYASƏT 14:53 / 06.05.2024 Baxış sayı: 884

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində keçirəcəyi görüşün tarixi açıqlanıb.

Yenises.az bildirir ki,   bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

Onun sözlərinə görə, nazirlərin görüşü mayın 10-da Almatıda keçiriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib. Dövlət başçısı qeyd edib ki, əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək.