Aləmzər Sadiqqızı - Sən hardan biləsən...

Ədəbiyyat 17:49 / 10.11.2025 Baxış sayı: 958

 

Zamana buraxdım olub bitəni...

Səni sevməyi də, unutmağı da...

Səni xəyallarda yaşatmağı da,

Sənli arzuları qurutmağı da ...

 

Ömrünə gəlməyim bəlkə də günah,

Bəlkə də ən böyük savabdı elə...

Geriyə dönməyə ayağım getmir,

Sənə gəlməyə də yolum yox hələ...

 

Tale də min türlü sınağa çəkir,

Neynim dözəcəyəm ölənə qədər.

Sən hardan biləsən nələr çəkmişəm,

Mən səni tanıyıb sevənə qədər..