Aləmzər Sadiqqızı - Dunyadı...

Ədəbiyyat 17:28 / 07.11.2025 Baxış sayı: 956

 

Bir də görərsən ki,köçüb getmisən...

Bir də görərsən ki, yalan dünyadı...

Birisi var yıgar, biri məhəbbət ...

Kimin səadəti talan dünyadı!

 

Ömür də qismətdi, sevgi də qismət...

Yeyər ürəyini bir ömür həsrət

Döyər qapımızı ölüm nəhayət...

Balanı anadan alan dünyadı!

 

Aləmin ürəyi bir zərif çiçək

Yağdı ürəyinə dərd ətək-ətək

Sanırdı sevgisi heç bitməyəcək...

Hər şeyi gözündən salan, dünyadı...